Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın yeni təyin olunmuş səfiri İzabelle Dümonu Prezident Külliyesində qəbul edib.
Bu barədə Manset.az Haber Global-a istinadən xəbər verir.
Son 3 ildə Fransa prezidenti Emmanuel Makronun Avropa və Türkiyə ilə əlaqələrdən məsul müşaviri vəzifəsində çalışan Dumont etimadnaməni Ərdoğana təqdim edib.
Daha sonra səfir və onu müşayiət edən şəxslər prezident Ərdoğanla xatirə şəkli çəkdiriblər.
Jalə
Manşet.az