<

Qaynanmış yumurtanın içindən daş çıxdı - FOTO

18:05 - 27 Sentyabr 2023

Qaynanmış yumurtanın içindən daş çıxdı - FOTO

Taylandda 55 yaşlı qadın qaynatdığı yumurtanın içindən daş tapdığını iddia edib.

 

Manset.az HaberGlobal-a istinadən xəbər verir ki, qırmızımtıl daşın üzərində sarı ləkələr var. Tamamilə formasız daşın çəkisi 1 qramdır. Onun toxuması bildiyimiz daşlardan çox fərqlidir.

Qadın yumurtanı 2 gün əvvəl marketdən aldığını deyib. Həmin gün 4 yumurta qaynatdığını bildirən Jaisuk, cismin daşa bənzəsə də, adi daşlar qədər sərt olmayan səthinin olduğunu da vurğulayıb.

Taylandlı qadın tapdığı daşın sehirli  olduğuna inanaraq onu qutuda saxlayır.

Jalə

Manset.az



Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin