Rusiya FTX-nin helikopteri qəzaya uğradı

10:42 - 24 Sentyabr 2021

Rusiya FTX-nin helikopteri qəzaya uğradı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd İdarəsinin aviasiya dəstəsinin “Ka-27” helikopteri Şərqi Arktika ərazisində qəzaya uğrayıb.

Manset.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar xidmətinin nümayəndəsi bildirib.

Bildirilib ki, helikopterin göyərtəsində 5 nəfərdən ibarət ekipaj olub.

Məlumata görə, radarlardan itən helikopter Yelizovsk rayonunun Nikolayevka yaşayış məntəqəsindən 10 km şimal-qərbdə aşkarlanıb.

Helikopterin axtarışında 13 nəfər və 3 texnika iştirak edib.


Xəbər xətti

9 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin