<

Çin kosmosda ABŞ-ı geridə qoydu

17:15 - 27 Sentyabr 2023

Çin kosmosda ABŞ-ı geridə qoydu

ABŞ və Çin arasında kosmos rəqabəti daha da qızışır.

 

Manset.az xəbər verir ki, öz kosmik bazasına malik yeganə ölkə olan Çinin Ayın qütb bölgələrinə çatmağı hədəfləməsi ABŞ Çinin Ayın bu hissələrinə iddia etməsindən narahatlığına səbəb olub.  

Beləki, Sovet İttifaqı ilə uzunmüddətli rəqabətdən sonra ABŞ-ın kosmos yarışında ən güclü rəqibi indi Çindir. NASA bu yarışda hər zamankindən daha çox özəl şirkətlərə arxalanır. Böyük və kiçik kosmik şirkətlərə nəhəng investisiyalar qoyulduğundan kosmosun trilyon dollarlıq sənayeyə çevriləcəyi gözlənilir.

Amerika Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) direktoru Bill Nelson ABŞ-ın Aya yenidən getmək üçün Çinlə yarışda olduğunu açıqlayıb. ABŞ-Çin münaqişəsi 1960-1970-ci illərdə, NASA-nın Sovet İttifaqı ilə kosmos yarışında olduğu zaman baş verənləri xatırladır. Ancaq keçmişdən fərqli olaraq, NASA indi işlərin çoxunu özəl şirkətlərə verir.

Nelson bildirib ki, bu şirkətlər xərcləri paylaşmaqla kritik rol oynayırlar. NASA 2021-ci ildə Aya eniş sisteminin istehsalı üçün SpaceX ilə üç milyard dollarlıq müqavilə imzalayıb. Milyarder İlon Maskın şirkəti eyni zamanda indiyə qədər istehsal olunmuş ən güclü raketin istehsalçısıdır. ABŞ-ın digər özəl şirkətləri də kosmik müsabiqədə iştirak etməyə çalışırlar.

NASA prezidenti Nelson açıqlamasında “Məni narahat edən odur ki, Ayın cənub qütbündə su tapsaq, Çin ora gedib “Bura bizim ərazimizdir, bura gələ bilməzsiniz” deyəcək", deyə bildirib.

Bu ilin əvvəlində NASA Amazon qurucusu Ceff Bezosun Blue Origin şirkəti ilə gələcəkdə istifadə olunacaq Aya eniş sisteminin istehsalı üçün 3,4 milyard dollarlıq müqavilə bağladı. SpaceX və Blue Origin dövlətin maliyyələşdirməsindən milyardlarla dollar faydalanan şirkətlərdən yalnız ikisidir.

Avqustun sonunda Hindistan Aya yumşaq eniş edən dördüncü və Ayın cənubuna ilk enən ölkə olub. Bu uğura baxmayaraq, Çinin kosmik proqramı NASA tərəfindən daha yaxından izlənilir.

Çin öz kosmodromuna malik yeganə ölkədir və artıq Aydan Yerə nümunələr gətirib.

Aygün

Manşet.az

 


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin