<

“Barsa” “şəhərlilər”i 35 milyon avroya razı saldı

17:37 - 27 Sentyabr 2023

“Barsa” “şəhərlilər”i 35 milyon avroya razı saldı

İspaniyanın “Barselona” klubu İngiltərə təmsilçisi “Mançester Siti”dən Joau Kanselunu birdəfəlik transfer etmək niyyətindədir.

 

Manset.az xəbər verir ki, tərəflər keçidlə bağlı şifahi razılığa gəliblər. Kataloniya təmsilçisi portuqaliyalı üçün 35 milyon avro ödəməyə hazırdır. Lakin oyunçunun performansından asılı olaraq “şəhərlilər”in onun üçün daha yüksək məbləğ tələb etməsi istisna edilmir.

Qeyd edək ki, 29 yaşlı sağ cinah müdafiəçisi bu yay icarə əsasında “Barsa”ya keçib. Tərəflər birillik sözləşmə imzalayıblar. Kanselu Kataloniya klubunda bu mövsüm beş matçda iki qol, bir məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin