<

Portuqaliyalı 6 gənc Türkiyəyə qarşı AİHM-ə iddia qaldırdı

16:54 - 27 Sentyabr 2023

Portuqaliyalı 6 gənc Türkiyəyə qarşı AİHM-ə iddia qaldırdı

Portuqaliyada 6 gənc iqlim dəyişikliyində oynadıqları mənfi rola görə Türkiyə də daxil olmaqla 32 ölkəyə qarşı Avropa İnsan Haqları Məhkəməsində (AİHM) iddia qaldırıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, gənclər ölkələri iqlim dəyişikliyi ilə bağlı “kifayət qədər tədbir görməməkdə” və Paris sazişinin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq məqsədinə nail olmaq üçün “istixana qazlarının emissiyalarını kifayət qədər azaltmamaqda” ittiham ediblər.

Portuqaliyada 11-24 yaş arası altı iddiaçı 2017-ci ildən bəri hər il baş verən meşə yanğınlarının birbaşa qlobal istiləşmənin nəticəsi olduğunu müdafiə edib. 

Yaşamaq hüququ, şəxsi toxunulmazlıq, ailə həyatı və ayrı-seçkilikdən azad olmaq kimi fundamental insan hüquqları hökumətlərin iqlim dəyişikliyi ilə mübarizədə “istəksizliyi” səbəbindən pozulduğu iddia edilib.

Sentyabrın 27-də ilk məhkəmə iclası keçirilən məhkəmədə gənclər qalib gəlsələr, müvafiq hökumətlər üçün hüquqi qüvvəyə malik qərarlar verilə bilər.

Aygün

Manşet.az


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin