<

Sərhəddə tərk edilmiş 2 aylıq körpə tapıldı

16:27 - 27 Sentyabr 2023

Sərhəddə tərk edilmiş 2 aylıq körpə tapıldı

Minlərlə qeyri-qanuni immiqrantın Meksika üzərindən ABŞ-a axışdığı Amerika-Meksika sərhədində insan faciəsi baş verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ polisi sosial media hesabında paylaşım edib.

Bildirilib ki, patrul əməkdaşları Texas ştatının Rio Qrande şəhəri yaxınlığındakı sərhəd bölgəsində tərk edilmiş 2 aylıq körpə tapıblar.

Xatırladaq ki, bu, uşaqların hər gün insan alverçiləri və cinayətkar təşkilatlar tərəfindən necə istismar edildiyinə dair dəhşətli bir xatırlatmadır. Körpənin sağlamlıq yoxlamasından keçdiyi bildirilib.

Qeyd edək ki, qaçqın statusu almaq ümidi ilə Meksika üzərindən ABŞ-a gələn qeyri-qanuni mühacirlərin sayı son günlərdə 142 minə çataraq rekord qırıb.

Aygün

Manşet.az


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin