<

Təhsil İnstitutuna yeni direktor əvəzi təyin olundu

16:28 - 27 Sentyabr 2023

Təhsil İnstitutuna yeni direktor əvəzi təyin olundu

Azərbaycan Respublikası Təhsil İnstitutuna yeni direktor əvəzi təyin olunub.

 

Manset.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifə nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyevə həvalə olunub.

Qeyd edək ki, institutun bundan əvvəlki direktoru Rüfət Əzizov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinə rektor təyin olunub.


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin