Tarladan tapdıqları minaatan mərmi evdə partladı: 8 nəfər öldü

15:49 - 27 Sentyabr 2023

Tarladan tapdıqları minaatan mərmi evdə partladı: 8 nəfər öldü

Pakistanın Sind əyalətinin Kandkot rayonunda bir evdə minaatan mərmisinin partlaması nəticəsində 5-i uşaq olmaqla 8 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, dəmir parçaları sataraq dolanışığını təmin edən şəxslər tarlada taparaq evlərinə gətirdikləri minaatan mərmisini evdə parçalamağa çalışıblar.

Partlayışın ailə üzvlərinin mərmini sındırmaq istəyərkən baş verdiyi bildirilib.

Aygün

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv