Dünyanın ən turistik şəhərlərindən biri olan Venesiyanın məşhur Müqəddəs Mark meydanında lüks restoranda bir qrup turistlə ofisiantlar arasında dava düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, meydandakı “Caffe Chioggia” restoranında baş verən davanın görüntüləri Sosial şəbəkələrdə paylaşıldıqdan sonra heyrətə səbəb olub.
Ofisiantlarla əcnəbi turistlərin mübahisə etdiyi hadisə zamanı stol və stullar havada uçuşub.
Ən azı 7 ofisiant turistlərlə mübahisə etdiyi zaman bəzi ofisiantlar və yerli sakinlər vəziyyəti sakitləşdirmək üçün hərəkətə keçib. Dava davam edərkən bəzi turistlər stullardan “qalxan” kimi istifadə edib.
Hadisədən sonra məkanın müdiri işçilərə bu hadisə ilə bağlı danışmağı qadağa edib. Davanın nədən baş verdiyi ilə bağlı heç bir izahat verilməyib.
Hadisə şahidləri bildiriblər ki, dava bəzi ofisiantların mübahisə etdikləri əcnəbi turisti itələməsi ilə başlayıb.
Aygün
Manşet.az