9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
9 Noyabr 2024
10:29 - 24 Sentyabr 2021
"Rusiya Əfqanıstanla BMT arasında vasitəçi ola bilər".
Manset.az xəbər verir ki, bunu “Taliban” hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zəbiullah Mücahid “RİA Novosti”yə müsahibəsində bildirib.
“Rusiya BMT ilə bizim aramızda, o cümlədən sanksiyalarla təzyiqlərin səviyyəsinin azaldılması məsələsində vasitəçi ola bilər”, - o qeyd edib.
Z.Mücahid deyib ki, “Taliban” Rusiyadan Əfqanıstanda sülhün yaranması, eləcə də başqa dövlətlərlə münasibətlərin bərpası üçün səy göstərməsini istəyib.
Qeyd edək ki, "Taliban" BMT-də xüsusi nümayəndəsinin tanınmasını istəyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin