<

Toyuq tıqqıltı səsini tərcümə edən süni intellekt hazırlandı

12:25 - 27 Sentyabr 2023

Toyuq tıqqıltı səsini tərcümə edən süni intellekt hazırlandı

Yaponiyada Tokio Universitetinin professoru Adrian David Cheokun rəhbərlik etdiyi komanda süni intellektlə toyuqların tıqqıltı səsini tərcümə etmək üçün bir yol tapıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma qrupu toyuqların müxtəlif emosional vəziyyətlərini şərh edə bilən sistem hazırlayıb.

"Dərin Emosional Analiz Öyrənmə" adlanan ən son texnologiya aclıq, qorxu, qəzəb, məmnunluq, həyəcan və cansıxıcılıq kimi duyğuları süni intellekt texnikasından istifadə edərək tərcümə edir. Sistem 6 fərqli emosional vəziyyəti 80 faiz dəqiqliklə həll edə bilir.

Bildirilib ki, texnika mürəkkəb riyazi alqoritmlərə əsaslanır və hətta toyuqların daim dəyişən səs modellərinə uyğunlaşmaq üçün istifadə edilə bilər. Bu o deməkdir ki, sistem zaman keçdikcə “toyuq səslərini” deşifrə etməkdə daha yaxşı olacaq.

Heyvan psixoloqları və baytar həkimlər bildiriblər ki, sistem toyuqların psixi vəziyyətlərini təəccüblü dəqiqliklə aşkar edə bilir.

Tədqiqatçılar heyvanların nə hiss etdiyini bilsək, onlar üçün daha yaxşı bir dünya qura biləcəyimi vurğulayıb. Alimlər toyuqların son dərəcə sosial heyvan olduğunu qeyd ediblər.  

Aygün

Manşet.az


Xəbər xətti

2 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin