ABŞ İranla diplomatiya üçün nüvə addımı şərtinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq olduğunu açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller İranın diplomatiyada yer almaq üçün gərginliyi azaldıcı addımlar atmalı və bu istiqamətdə atacağı ilk addımın Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq olduğunu bildirib.
Metyu Miller qeyd edib ki, sadəcə son bir neçə həftə ərzində İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) işi görməsinə mane olacaq addımlar atdığını gördük. Yəni İran gərginliyi azaltmaq üçün addımlar atmaq məsələsində həqiqətən ciddidirsə, ilk görəcəyi iş MAQATE ilə əməkdaşlıq etməkdir.
Aygün
Manşet.az