<

Ukraynalı veteranı "qəhrəman" adlandıran parlament sədri istefa verdi

11:00 - 27 Sentyabr 2023

Ukraynalı veteranı

Ukrayna prezidenti Vladimir Zelenskinin səfəri zamanı Kanada parlamentində İkinci Dünya Müharibəsi illərində nasist birləşməsində döyüşən 98 yaşlı ukraynalı Yaroslav Hunkanın "qəhrəman" kimi təqdim edilməsi istefaya səbəb olub.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kanada parlamentinin sədri Entoni Rota gələn reaksiyalardan sonra istefa verib.

Ukrayna prezidentinin səfəri zamanı xüsusi qonaq kimi təqdim edilən Hunkanı Zelenski və Kanadanın baş naziri Castin Trudo tərəfindən alqışlarla qarşılanıb. Lakin daha sonra Castin Trudo bunu “Kanada parlamenti və bütün kanadalılar üçün son dərəcə utanc verici” hadisə kimi qiymətləndirib.

Kanada Xarici İşlər Naziri Melanie Joly vəziyyətin "son dərəcə qəbuledilməz" və "utanc verici" olduğunu bəyan edərək, Rotanın şərəflə istefa verməli olduğunu bildirib.

Parlament dinləmələrindən sonra məlum olub ki, Hunka Vaffen-SS “Qalisiya” diviziyasının və ya nasist komandanlığı altında könüllülərdən ibarət SS 14-cü Vaffen diviziyasının üzvü olub.

Aygün

Manşet.az

 


Xəbər xətti

2 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin