<

FHN Xankəndidəki yanğını söndürdü - FOTOLAR/VİDEO

21:21 - 26 Sentyabr 2023

FHN Xankəndidəki yanğını söndürdü - FOTOLAR/VİDEO

Xəbər verildiyi kimi, sentyabrın 25-də Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, xəbər verir ki, bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 ədəd xüsusi təyinatlı yanğınsöndürmə avtomobili heyəti ilə birgə yanğının söndürülməsi üçün bu gün Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndi şəhərinə göndərilib.

Azərbaycan yanğınsöndürənləri yanğının qarşısının alınması üçün lazımı tədbirlər görüb.

Görülən tədbirlər nəticəsində yanğın artıq söndürülüb.



Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin