"Şaxtyor"unun Tete transferinə görə futbolçu və sarı-qırmızılı kluba qarşı FİFA-ya müraciət edib.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, bu baradə "Qalatasaray" açıqlama yayıb.
Sarı-qırmızılı klubdan KAP-a verilən açıqlama belədi:
“2023-2024-cü illərdə ilk transfer və qeydiyyat dövründə müqavilə imzalanan peşəkar futbolçumuz Mateus Kardoso Lemos Martinsin (Tete) keçmiş klubu “Şakthar Donetsk” tərəfindən oyunçunun Mateus Kardoso ilə müqaviləsi olduğu müəyyənləşib. Lemos Martins onlar tərəfindən haqlı səbəbə görə dayandırılıb və Mateus Kardoso Lemos Martins Peşəkar futbolçumuz Mateus Kardoso Lemos Martins və Şirkətimizə qarşı FİFA-ya ərizə ilə müraciət edilib. Və bu ərizədə oyunçu müqaviləsinin haqlı səbəbə görə ləğv edildiyi iddia edilib.
FİFA qarşısında keçiriləcək məhkəmə ilə bağlı proses şirkətimiz tərəfindən diqqətlə izlənilir”.
Qeyd edək ki,23 yaşlı braziliyalı sağ cinah oyunçusu indiyədək "Qalatasaray"ın heyətində 6 rəsmi matçda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Həmçinin Almaniyada yerləşən Transfermarkt futbol platforması Tetenin bazar dəyərini 25 milyon avro olaraq göstərir.
Jalə
Manşet.az