<

Kanadadan Hindistana gedən vətəndaşlarına xəbərdarlıq

18:56 - 26 Sentyabr 2023

Kanadadan Hindistana gedən vətəndaşlarına xəbərdarlıq

Kanada hökuməti ölkədə bir  fəalın ölümündən sonra Hindistanla yaranan gərginliyə görə səyahət tövsiyələrini yeniləyib.

 

Manset.az Haber Global-a istinadən xəbər verir ki, yeniləmə sosial mediada Kanadaya qarşı mənfi rəylərə diqqət çəkib və Hindistana gedən vətəndaşlardan "ölkə daxilində terror hücumları təhlükəsi səbəbindən çox diqqətli olmalarını" istəyib.

Qeyd edək ki, Hindistanın açıqladığı 40 "terrorçu"nun adı siyahısında olan separatçı Sıx təşkilatı Khalistan Liberation Force (KLF) təşkilatının direktoru Hardeep Singh Nijjar iyunun 18-də Kanadada güllələnərək öldürülüb.

Həmçinin Kanadanın baş naziri Trudeau Nijcarın qətlinin arxasında Yeni Dehli hökumətinin olduğunu iddia edib.

Jalə

Manşet.az


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin