Avstraliya məhkəməsi dünyaca məşhur zooloq Adam Brittonu itlərlə cinsi əlaqədə olma və uşaqlara qarşı zorakılıq materiallarının olması ittihamı ilə həbs edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Brittonun işgəncə videolarını internetdə yerləşdirdiyini və bu materiallarda uşaq istismarı ilə bağlı sübutların olduğunu açıqlayıb.
Sentyabrın 25 -də keçirilən məhkəmə iclasında prokuror Brittona qarşı cinayətləri oxuyublar. Hakim Brittona qarşı irəli sürülən ittihamların "əsəb şoku" yarada biləcəyini bildirib, mühafizəçilərə və məhkəmə işçilərinə zalı tərk edə biləcəkdlərini söyləyib.
Prokurorların sözlərinə görə 2014-cü ildən heyvanlara qarşı "sadist cinsi maraq" göstərən Britton təkcə öz ev heyvanlarına qarşı zorakılıq etməklə yanaşı, digər pişik və it sahiblərini də manipulyasiya edərək öz ev heyvanlarını ona vermələrini təmin edib. O, səyahət və ya iş üçün ev heyvanlarından imtina etmək istəyən insanları taparaq onlarla əlaqələr qurub.
Daha sonra Britton təxəllüsü ilə heyvanlarla cinsi əlaqə anlarının görüntülərini internetdə paylaşıb. Onun istismar etdiyi 42 köpəkdən 39-u dünyasını dəyişib. Brittonun dekabrda məhkəmə qarşısına çıxacağı gözlənilir.
Zoologiya üzrə doktorluq dərəcəsi alan 51 yaşlı Britton Çarlz Darvin Universitetində akademik işləyib.
Aygün
Manşet.az