Türkiyədə Əsənlərdə 15 mərtəbəli yaşayış binasının çöl üzlükləri çöküb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə briqadası və tibb qrupları sövq edilib. Mənzilin ətrafında təhlükəsizlik tədbirləri görülüb. Yıxılma anı kameraya da düşüb, ölən və yaralanan olmayıb.
Yol kənarında dayanan avtomobillərin üzərinə beton parçaları düşməsi nəticəsində zədələnib.
Aygün
Manşet.az