ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində təkcə sentyabr ayında təxminən 50 uşaq itkin düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər son bir ildə itkin düşdüyü bildirilən uşaqların sayının 1000-i keçdiyini açıqlayıb.
Qeyd olunub ki, 2023-cü ildə 1072 uşaq itkin düşüb. Keçən il eyni ştatda 15 min uşaq itkin düşüb və onlardan yalnız dördünün cəsədi tapılıb.
Uşaqların məlumatlarını paylaşan, məlumat bazasında uşaqların fotolarını və son göründüyü yerləri dərc edən səlahiyyətlilər valideynlərə də xəbərdarlıq ediblər.
Aygün
Manşet.az