<

Bərdədə yaşayış binasında partlayış - Xəsarət alanlar var

16:44 - 26 Sentyabr 2023

Bərdədə yaşayış binasında partlayış - Xəsarət alanlar var

Bərdədə çoxmənzilli yaşayış binasında partlayış olub.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə rayonu keçmiş məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 866 saylı binadakı mənzildə qeydə alınıb. Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir. Hadisə nəticəsində ev sahibi və arvadı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin