<

Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirir

16:09 - 26 Sentyabr 2023

Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirir

Rusiyada şəxsi təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişən Yevgeni Priqojinin qurduğu “Vaqner” qrupu Afrika və Belarusda fəaliyyətini davam etdirdiyini açıqlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Priqojinə aid “Konkord” şirkətinin sosial media hesabından məlumat verilib. “Vaqner Qrup Mətbuat Xidməti” adından verilən açıqlamada muzdlu döyüşçü qrupunun Afrika və Belarusda fəaliyyətini davam etdirdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, şirkətin bağlanmasından söhbət gedə bilməz. Özəl hərbi şirkətin komandanlığı hələ də ona verilən bütün vəzifələri yerinə yetirir və şirkəti idarə edir.  

Aygün

Manşet.az

 


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin