<

150 milyon illik dinozavr skeleti satışa çıxarıldı  

15:56 - 26 Sentyabr 2023

150 milyon illik dinozavr skeleti satışa çıxarıldı  

"Kamptozavr" adlı dinozavr skeleti oktyabrın 20-də Fransada hərracda satılacaq.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Barri” adlı dinozavrın 150 milyon il əvvəl yaşadığı və skeletin qiymətinin 1,2 milyon avroya çata biləcəyi bildirilib.

2000-ci illərdə ABŞ-ın Vayominq ştatında aşkar edilən dinozavr skeletinin kəllə sümüyünün dişləri ilə birlikdə 90 faizi bu günə qədər çox yaxşı qorunub saxlanılıb.

2 metr uzunluğundakı dinozavra adını verən paleontoloq Barri Ceyms skeleti bərpa edən ilk şəxs olması ilə tanınıb.

Daha əvvəl Drouot Hərrac Evində 2022-ci ildə Zefir adlı 150 milyon illik dinozavr skeletini təxminən 673 min avroya, 2021-ci ildə isə 66 milyon illik Big John adlı dinozavr skeletini isə təxminən 6,6 milyon avroya satmışdı.

Aygün

Manşet.az

 


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin