<

117 yaşlı qadın 107 yaşlı bacısı ilə ad günü qeyd etdi

15:19 - 26 Sentyabr 2023

117 yaşlı qadın 107 yaşlı bacısı ilə ad günü qeyd etdi

Dünyanın ən yaşlı qadını sayılan 117 yaşlı Cicera Maria dos Santos 107 yaşlı bacısı ilə Braziliyada ad gününü qeyd edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, sentyabrın 23-də doğulan Sisera 107 yaşlı bacısı Josefa Maria de Sonceicao, ailəsi və dostları ilə ad gününü qeyd edib. Bacılar deyirdilər ki, uzun ömrün sirri Allaha inanmaq və düzgün qidalanmaqdır.

Yeni yaşının xoşbəxtliyini yaşayan Sisera "Rəbbin xoşbəxtliyi bizimlə olsun. Allahdan daha çoxunu kim edə bilər ki? Hər şey Allahındır", - deyib. Bacılar adətən lobya, qarğıdalı, manyok və kartof yediklərini bildiriblər.  

Sisera ömrünün çox hissəsini Braziliyanın kəndlərində keçirib. O, ölkənin şimal-şərqindəki bir əyalətdə yerli bazarda toyuq əti sataraq dolanıb.

Aygün

Manşet.az

 



Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin