<

Əfsanəvi “Yekədiş” model sevgilisi ilə evləndi

14:02 - 26 Sentyabr 2023

Əfsanəvi “Yekədiş” model sevgilisi ilə evləndi

Dünya futbolunun ən yaxşı hücumçularından sayılan, braziliyalı əfsanəvi futbolçu Ronaldo Nazario və model sevgilisi Selina Loks ilə evlənib. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, braziliyalı cütlük İspaniyanın İbiza adasında ailə qurub.

Toy mərasimindən görüntülər qonaqlar tərəfindən paylaşılıb.

47 yaşlı futbolçu Selina Loks ilə 8 ildir birlikdədir. Ronaldo yanvar ayında sevgilisinə evlənmə təklif etmişdi. Selina Loks üzüyünün fotosunu paylaşaraq portuqal dilində "Səni sevirəm, Ronaldo" yazmışdı. Ronaldo əvvəllər Maria Beatriz Antoni, təqaüdçü model Daniella Cicarelli və təqaüdçü futbolçu Milene Domingue ilə evli idi.

Qeyd edək ki, Ronaldo Nazario bütün zamanların ən böyük futbolçularından biri hesab olunur. Onun fərdi mükafatlarına üç dəfə FİFA tərəfindən ilin ən yaxşı oyunçusu seçilmək və iki Qızıl top mükafatı qazandırmaq daxildir. Ronaldo Braziliya yığması ilə də iki dünya çempionu olub. O, "Barselona", "İnter", "Real Madrid" və "Milan" kimi komandalarda çıxış edib.

Aygün

Manşet.az

 



Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin