<

Melkonyanın Xocavənddəki heykəli söküldü - FOTO

13:34 - 26 Sentyabr 2023

Melkonyanın Xocavənddəki heykəli söküldü - FOTO

Xocavənd şəhərində erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb.

 

Manset.az xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, M. Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-də anadan olub. O, Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak edib. ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının qurucusudur.

Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olub. O, Xocalı soyqırımında əsir düşmüş azərbaycanlılara işgəncə verilməsində çox aktiv iştirak edib.


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin