<

Hadisənin çəkdirdiyi klip mübahisələrə səbəb oldu

13:18 - 26 Sentyabr 2023

Hadisənin çəkdirdiyi klip mübahisələrə səbəb oldu

Sosial media hesabındakı paylaşımları ilə tez-tez adı hallanan türkiyəli məşhur müğənni Hadisə 29 sentyabrda yayımlanacaq “Sevmiyo” klipindən ilk fraqmenti yayımlayıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Hadisənin yeni klipindəki erotik səhnələr pərəstişkarlarını qəzəbləndirib.

Şəxsi həyatı ilə hər zaman gündəmdə olan Hadisə klipdə yarıçılpaq kamera qarşısına keçib və partnyoru ilə erotik səhnələr canlandırıb.  

İnstaqramda 14,5 milyon izləyicisi olan müğənninin klipdəki erotik səhnələrinə "Tərbiyəsizlik baş alıb gedir” kimi şərhlər yazılıb.

Qeyd edək ki, Hadisənin 2018-ci ildə yayımlanan "Sıfır Tolerans" mahnısının klipi erotik olduğu üçün RTÜK tərəfindən cərimələnmişdi.

Aygün

Manşet.az

 



Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin