Amerika Kosmos və Aviasiya Administrasiyasının (NASA) kosmik gəmisi Osiris-Rex Yerə 4,5 milyard illik asteroid nümunələri göndərib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeddi il əvvəl başlanan missiya əldə etdiyi ilk asteroid nümunələrini Yerdən 102 min kilometr uzaqlıqdan kapsul vasitəsilə Utah səhrasına paraşütlə atıb.
Mütəxəssislər ehtiyatla kapsula yaxınlaşıblar. Kapsul daha sonra helikopterlə yaxınlıqdakı Dugway Müdafiə Departamentinin obyektinə daşınıb. NASA Bennu kimi tanınan karbonla zəngin asteroid ilə Yerin və həyatın necə əmələ gəldiyini anlamağa kömək etməyi hədəfləyib.
Nümunə qutusu NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzində yeni və xüsusi dizayn edilmiş laboratoriyada açılacaq. Qutu burada nümayəndə heyətinin müşayiəti ilə aparılacaq. Bennu Günəş sistemindəki ən təhlükəli iki obyektdən biridir. Astronomlar hesablayıblar ki, Bennunun 24 sentyabr 2182-ci ildə Yerlə toqquşması riski var. 2178 ilə 2290 arasında Yerlə toqquşma ehtimalı 1800-də 1-dir.
Aygün
Manşet.az