<

Sumqayıt-Xırdalan-Bakı qatarında yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ (VİDEO)

10:25 - 26 Sentyabr 2023

Sumqayıt-Xırdalan-Bakı qatarında yaranan problemlə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ (VİDEO)

"Bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb. Bu səbəbdən qatarda kondisioner işləməyib".

Bu barədə  Manset.az-a Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür. Qeyd edək ki, sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar olduğundan qatar Bakı Dəmiryol Vağzalına 5 dəq gecikmə ilə çatıb"-deyə məlumatda qeyd olunub.

10:06

Sumqayıt-Xırdalan-Bakı sürət qatarında problem yaranıb.

Manset.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Belə ki, qatarda havalandırma sisteminin işləməməsi sərnişinlərin səhhətinə pis təsir edib. Halı pisləşən də olub.

Səhər 08:37-də Biləcəri stansiyasından çıxmalı olan Sumqayıt-Xırdalan-Bakı qatarı gecikib və Bakıya 08:54-də çatıb.

Görüntüləri təqdim edirik:


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin