<

Qarabağdakı mülki tikililərdə silah-sursat anbarları aşkarlandı - VİDEO

09:55 - 26 Sentyabr 2023

Qarabağdakı mülki tikililərdə silah-sursat anbarları aşkarlandı - VİDEO

Ermənistan silahlı birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin mülki təyinatlı infrastrukturdan hərbi məqsədlər üçün istifadə etməsi növbəti dəfə aşkar edilib.

 

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, lokal xarakterli anti-terror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı bu obyektlərin silah-sursat anbarı kimi istifadə edildiyi müəyyən olunub.

“Aşkar edilmiş silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, “Kornet” tank əleyhinə raket kompleksinin idarə olunan raketləri, hərbi geyim dəstləri və zirehli dəbilqələr müsadirə edilib”.


Xəbər xətti

10 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin