<

Azərbaycan Xankəndi şəhərinə tibbi yardım göndərib - FOTO

00:00 - 26 Sentyabr 2023

Azərbaycan Xankəndi şəhərinə tibbi yardım göndərib - FOTO

Azərbaycanın mərkəzi hakimiyyəti Xankəndi şəhərinə tibbi yardım göndərib.

 

Manset.az "Report"-a istinadən  xəbər verir ki, dərman ehtiyatı, ilkin yardım üçün avadanlıq və ləvazimatlarla təchiz edilmiş avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda tibbi yardım avtomobili Xankəndi istiqamətində hərəkət edir.

Yardım şəhərdə partlayışda yaralananlar üçün nəzərdə tutulub.
Qeyd edək ki, bu gun axşam saatlarında Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində ölən və yaralananların olduğu bildirilir.



Xəbər xətti

28 Noyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin