Bakıda bu uşaqlara tezt-tez müxtəlif küçə və prospektlərdə rast gəlinir. Restoran, park və küçələrdə insanlara yaxınlaşayan bu azyaşlılar satdıqları şeydən alınmasını istəyirlər.
Manset.az xəbər verir ki, onların bəzisi gün ərzində 4-5 saat, bəziləri bütün günü işləməyə məcbur edilirlər.
Bu azyaşlıların bir hissəsi dogma valideynləri, qalanları isə müxtəlif şəxslər tərəfindən istismara nəruz qalırlar.
Belə halların qarşısını almaq üçün yerli icra hakimiyyətləri nəzdində müvafiq komissiyalar fəaliyyət göstərir.
Əmək qanunvericiliyinə əsasən işçi statusu yalnız 15 yaşı taam olmuş şəxslər üçün əldə edilir.