<

Qarabağdakı daha bir mülki obyektdə silah-sursat aşkarlandı - VİDEO

10:59 - 25 Sentyabr 2023

Qarabağdakı daha bir mülki obyektdə silah-sursat aşkarlandı - VİDEO

Qarabağ bölgəsində yerləşən mərmər zavodunun zirzəmisində gizlədilmiş xeyli sayda silah-sursat aşkar edilib.

 

Müdafiə Nazirliyindən Manset.az-a verilən məlumata görə, qanunsuz fəaliyyət göstərmiş bu mülki təyinatlı obyekt uzun müddət hərbi məqsədlər üçün istifadə olunub.

“Burada müxtəlif çaplı atıcı silahlar, qumbaraatanlar, süngü bıçaqları, "Faqot" tank əleyhinə raket kompleksinin idarə olunan raketləri və digər döyüş vasitələri aşkar edilərək götürülüb”, - MN bəyan edib.


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin