ABŞ-ın cənubundakı Florida ştatında ağzında insan qalıqları olduğu bildirilən 4 metrlik timsah polis tərəfindən öldürülüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə şahidinin ağzında insanın alt bədənini daşıyan timsah gördüyünü söylədikdən sonra polis hərəkətə keçib. Timsahın öldürdüyü, 41 yaşlı Sabrina Pekhemin bədəninin qalan hissələrinin su kanalında tapıldığı bildirilib. Qadının necə öldüyü istintaqla aydınlaşacaq.
Həyatını itirən qadının evsiz olduğu və yaxınlıqdakı meşəlik ərazidə evsizlərin qurduğu düşərgədə yaşadığı məlum olub.
Səlahiyyətlilər timsahın “insani üsullarla” öldürüldüyünü açıqlayıb və polis dalğıcları qadının bədəninin hissələrini su kanalından çıxarıb. Qadının ölüm səbəbi tibbi ekspertizadan sonra məlum olacaq. Ərazidə yaşayan insanlar əvvəllər kiçik ölçülü timsahlar gördüklərini, lakin bu hadisədəki kimi böyük timsahı ilk dəfə gördüklərini bildiriblər.
Aygün
Manşet.az