Bakıda 5 dost ağır qəzaya düşdü: Biri öldü, digərləri... - ADLAR

09:07 - 25 Sentyabr 2023

Bakıda 5 dost ağır qəzaya düşdü: Biri öldü, digərləri... - ADLAR

Bakının Xəzər rayonunda ağır yol qəzası zamanı 5 dostdan biri ölüb digərləri ağır xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, qəza Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2000-ci il təvəllüdlü Musa Məmmədov idarə etdiyi “Toyoto Prius” markalı maşınla hərəkətdə olarkən sükana nəzarəti itirib.

Minik avtomobili hərəkətdə olan “Man” markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində sürücü M.Məmmədov hadisə yerində ölüb.

Avtomobildə olan sərnişinlər, 2002-ci il təvəllüdlü Elmir Mehdizadə, 2000-ci il təvəllüdlü Orxan Babazadə, 2002-ci il təvəllüdlü Siyasət Hüseynov və 2003-cü il təvəllüdlü Elşad Şahbazadə ağır bədən xəsarətləri alıb.

Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Ölən və yaralılar Şüvəlan qəsəbəsində qonşu olublar. Onlar Türkan qəsəbəsinə restorana gedirmiş.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin