Cüdoçularımızın rəqibi bəlli oldu

22:44 - 23 Sentyabr 2021

Cüdoçularımızın rəqibi bəlli oldu

Sabah Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək cüdo üzrə Qran-pri turnirinin püşkü atılıb.

Manşet.az "Report"a istinadən bildirir ki, yarışda iştirak edəcək Azərbaycan təmsilçiləri Hidayət Heydərovla Məmmədəli Mehdiyevin də ilk rəqibləri bəlli olub.

73 kq-da çıxış edən Heydərov mübarizəyə 1/16 finaldan başlayacaq. O, bu mərhələdə israilli Yonatan Elbazla üz-üzə gələcək.

90 kq çəki dərəcəsində mübarizə aparan Mehdiyev isə ilk görüşünü 1/8 finalda Sebastian Oldak (Polşa) - Vitali Şepel (Uklrayna) cütünün qalibinə qarşı keçirəcək.

Qeyd edək ki, Zaqreb Qran-prisi sentyabrın 26-dək davam edəcək.

73 kq

1/16 final. Hidayət Heydərov - Yonatan Elbaz (İsrail)

90 kq

1/8 final. Məmmədəli Mehdiyev - Sebastian Oldak (Polşa) / Vitali Şepel (Uklrayna) cütünün qalibi


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin