<

Şahruddin debüt etdi, iki dəqiqə sonra QOL BURAXDI

00:05 - 25 Sentyabr 2023

Şahruddin debüt etdi, iki dəqiqə sonra QOL BURAXDI

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Demirspor” klubunda debüt edib.

 

Manset.az xəbər verir ki, 29 yaşlı qolkiper səfərdə “Kasımpaşa”ya qarşı keçirdikləri Superliqanın VI tur matçında meydana çıxıb.

19-cu dəqiqədə qapıçı Ertaç Özbir birbaşa qırmızı vərəqə aldığı üçün Məhəmmədəliyevə ehtiyac duyulub. O, 23-cü dəqiqədə Yusuf Sarını əvəzləyib. Meydan sahibləri bundan iki dəqiqə sonra hesabı açıblar.

Qeyd edək ki, qarşılaşma “Kasımpaşa”nın qələbəsi ilə bitib - 2:1.


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin