<

Şuşa ətrafında kvadrokopter müsadirə edildi - FOTO

22:55 - 24 Sentyabr 2023

Şuşa ətrafında kvadrokopter müsadirə edildi - FOTO

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Şuşa ətrafında olan ərazidə Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus kvadrokopter müsadirə edilib.

 

Manset.az xəbər verir ki, ötən gün - sentyabrın 23-də kvadrokopter kustar üsulla hazırlanmış mərmiləri ilə birgə Şuşada səfərdə olan Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinə göstərilib.

Azərbaycan Ordusunun general-leytenantı Mais Bərxudarov onları hərbi atteşelərə təqdim edib. O bildirib ki, kvadrokopter kustar üsulla hazırlanmış mərmiləri ilə birgə Şuşa ətrafında olan bölgələrdə Ermənistan silahlı qüvvələri birləşmələrindən müsadirə edilib: Məhz bu tip kvadrokopterlərə quraşdırılmış mərmilər vasitəsilə mövqelərimiz atəşə məruz qalırdı”.


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin