<

"Barselona"da ciddi itki

18:28 - 24 Sentyabr 2023

“Barselona”nın zədəli futbolçusu Frenk ide Yonqun durumu bəlli olub.

 

Manset.az klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, La Liqanın 6-cı turunun “Selta” ilə matçında (3:2) topuğundan zədələnən  niderlandlı yarımmüdafiəçi bir müddət meydana çıxa bilməyəcək.

AS nəşri isə onun təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.

Qeyd edək ki, De Yonq bu mövsüm meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.


Xəbər xətti

9 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin