SON DƏQİQƏ: Qənirə Paşayeva komaya düşdü - VİDEO

11:38 - 24 Sentyabr 2023

SON DƏQİQƏ: Qənirə Paşayeva komaya düşdü - VİDEO

Millət vəkili Qənirə Paşayeva komaya düşüb. 

 

Manset.az RTV-yə istinadən xəbər verir ki, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib.

Millət vəkilinin yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.  Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin