Qax rayonunun Qum kəndində ümumi sahəsi 80 m² olan, kürsülü, birmərtəbəli, 2 otaqlı evin çardağının yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Manset.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.