Beninin şərqində neft anbarını əhatə edən yanğında azı 34 nəfər həlak olub.
Manset.az xəbər verir ki, bu barədə rəsmi qurumlar məlumat yayıb. Bundan əvvəl Benin xəbər portalı Beninwebtv 30-a yaxınşəxsin öldüyünü bildirmişdi.
Yanğın Nigerlə sərhəddəki Seme Krak şəhərindəki bazarda baş verib. Bazarda kustar üsulla istehsal olunan benzin anbarı yanıb.
Yerli hakimiyyət orqanları şəhərə dəymiş ziyanın həcmini müəyyənləşdirir.