Türkiyənin İstanbul şəhərinin Çekmeköy rayonunda meşəlik ərazidə yanğın olub.
Manset.az xəbər verir ki, yanğın naməlum səbəbdən baş verib.
Əraziyə çoxlu sayda yanğınsöndürən və polis göndərilib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.