Nasist canisi Kanadada vəfat etdi

21:17 - 23 Sentyabr 2021

Nasist canisi Kanadada vəfat etdi

Keçmiş nasist ölüm dəstəsi üzvü, hərbi cani Helmut Oberlander Kanadanın Ontario əyalətinin Vaterloo şəhərində 98 yaşında vəfat edib.

Manşet.az yerli KİV-ə istinadən xəbər verir ki, vəkili Miqrasiya və Qaçqınlar İdarəsinə Oberlanderin Kanadada qalması, yaxud Almaniyaya göndərilməsinə dair dinləmənin təxirə salınması üçün müraciət etmişdi.

İkinci Dünya Müharibəsi dövründə Oberlander 1941-1943-cü illərdə əksəriyyəti yəhudilərdən ibarət iki milyondan artıq insanın ölümünə görə məsuliyyət daşıyan "Ek 10a" təşkilatında tərcüməçi işləyib.

Əslən Ukraynadan olan Oberlander ölüm hədə-qorxusu altında əsgər aparıldığını, özünün hər hansı qətllərdə əli olmadığını bildirib.


Xəbər xətti

9 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin