Bakıda avtomobil yandı, xəsarət alan var

21:43 - 23 Sentyabr 2023

Bakıda avtomobil yandı, xəsarət alan var

Bakıda avtomobil yanıb, xəsarət alan var.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, Qaradağ rayonunda “Opel” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin