<

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək olimpiadaya lisenziya qazandı

19:39 - 23 Sentyabr 2023

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək olimpiadaya lisenziya qazandı

Azərbaycanın 3-cü güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Manset.az xəbər verir ki, bu uğura 67 kq çəki dərəcəsindəki təmsilçimiz Həsrət Cəfərov imza atıb.

20 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlməklə olimpiadada iştirak hüququ əldə edib. Avropa çempionu yarımfinalda Ermənistan təmsilçisi Slavik Qalstyana 5:3 hesabı ilə qalib gəlib. H.Cəfərov sentyabrın 24-də final qarşılaşmasına çıxacaq.

Ona qədər Murad Məmmədov 63 kq çəkidə finala yüksəlmişdi.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) və yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) olimpiadaya lisenziya qazanıblar.


Xəbər xətti

7 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin