<

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib - FOTOLAR

17:03 - 23 Sentyabr 2023

Azərbaycan Qarabağın erməni sakinləri üçün yanacaq göndərib - FOTOLAR

Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağ bölgəsinin erməni sakinləri üçün yanacaq göndərib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu 2 nəqliyyat vasitəsi hazırda açıq olan Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.

Hazırda yanacaq daşıyan avtomobillər Xankəndi istiqamətində hərəkət edir.

Yanacaq ilk növbədə bağçalar, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinə paylanılacaq.

Qeyd edək ki, sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməni sakinlərin nümayəndələri bölgəyə yanacaq göndərilməsini xahiş etmişdilər.



Xəbər xətti

7 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin