<

İntihara cəhd edən şəxs xilas olundu - ANBAAN VİDEO

15:54 - 23 Sentyabr 2023

İntihara cəhd edən şəxs xilas olundu - ANBAAN VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, bir nəfərin Abşeron rayonu, Xırdalan şəhərində avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.

FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşınıb.


Xəbər xətti

8 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin