Dövlət qurumlarına uyğun saxta yaradılan domenlərin sayı AÇIQLANDI

12:10 - 23 Sentyabr 2023

Dövlət qurumlarına uyğun saxta yaradılan domenlərin sayı AÇIQLANDI

Bu ilin altı ayında Azərbaycanda dövlət qurumlarına uyğun yaradılan saxta domenlərin sayı açıqlanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında məlumat verib.

Onun sözlərinə görə, 52 dövlət qurumunun domeninə bənzədilmiş saxta domenlər aşkarlanıb:

“Bu domenlər qeydiyyat zamanı artıq xüsusi kiber kəşfiyyat alətləri ilə aşkarlanıb. Müvafiq dövlət qurumları ilə birlikdə onların ölkə üzrə bloklanması tərəfimizdən həyata keçirilib”.

T.Məmmədov qeyd edib ki, onların bloklanması yüzlərlə, minlərlə kiberhücumların hazırlıq dönəmlərində bloklanması deməkdir.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin