Abşeronda bir neçə obyektdə YANĞIN

12:01 - 23 Sentyabr 2023

Abşeronda bir neçə obyektdə YANĞIN

Abşeronda bir neçə obyektdə yanğın olub.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunun Fatmayı kəndində ümumi sahəsi 100 kvadratmetr olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən təndirxananın yanar konstruksiyaları və dam örtüyü 40 kv.m sahədə, bitişik ümumi sahəsi 30 kv.m olan külafirənginin taxta atmaları yanıb.

Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Xəbər xətti

5 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin